"Arsenal" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir
Futbol
- 20 oktyabr, 2018
- 10:32
Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı Türkiyə milli komandasının və İtaliyanın "Roma" klubunun gənc futbolçusu Cengiz Ünderi heyətinə qatmaq istəyir.
"Report" "Daily Express"ə istinadən xəbər verir ki, London klubu artıq 21 yaşlı hücumçu üçün danışıqlara başlayıb.
"Arsenal"la yanaşı, Almaniyanın "Bavariya" klubu da Cengizin transferində maraqlıdır.
Qeyd edək ki, ötən mövsüm 26 oyuna 7 qola vura bilən Cengiz Ünder cari mövsüm bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə "Roma" istedadlı oyunçunu 60 milyon avrodan az məbləğə satmayacağını açıqlayıb.
Qeyd edək ki, Cengiz Ünder İtaliya klubunda 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.
Son xəbərlər
04:46
Kelloq Ukrayna nizamlanması üzrə iki əsas mövzunu açıqlayıb
Digər ölkələr04:19
Fransadakı tətil aksiyaları LVMH-nin alkoqol şirkətlərinin fəaliyyətini iflic edib
Digər ölkələr03:56
Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu olub
Futbol03:27
Hindistanda gecə klubunda baş verən yanğında azı 23 nəfər həlak olub
Digər ölkələr02:37
Pentaqon rəhbəri nüvə sınaqlarının davam etdiriləcəyini açıqlayıb
Digər ölkələr02:11
Türkiyədə fabrik işçiləri arasında kütləvi zəhərlənmə olub
Region01:42
Video
"Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət01:13
Kanadanın şimal-qərbində güclü zəlzələ baş verib
Digər ölkələr01:05