"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb Bakı. 10 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İngiltərənin “Arsenal” və Azərbaycanın “Qarabağ” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
Futbol
10 Dekabr , 2018 14:19
Arsenal - Qarabağ oyununun hakimləri açıqlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İngiltərənin “Arsenal” və Azərbaycanın “Qarabağ” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

“Report” xəbər verir ki, dekabrın 13-də Londondakı “Emireyts” stadionunda baş tutacaq görüş danimarkalı ədalət təmsilçilərinə həvalə olunub. Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorla Heyne Serensen yan xatt hakimləri qismində təyinat alıblar.

Qarşılaşmanın dördüncü hakimi Esper Dal, əlavə köməkçilər isə Yorgen Burxardt və Morten Kroq olacaq. Yunanıstanlı Stavros Tritsonis hakim-inspektor, finlandiyalı Styrbjörn Oskarsson isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi