"Arsenal" klubu "Qarabağ"la oyun ərəfəsində futbolçu itkisi ilə üzləşib

"Arsenal" klubu "Qarabağ"la oyun ərəfəsində futbolçu itkisi ilə üzləşib Yunanıstanlı müdafiəçi zədələnib
Futbol
24 Sentyabr , 2018 13:20
Arsenal klubu Qarabağla oyun ərəfəsində futbolçu itkisi ilə üzləşib

Bakı. 24 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubu futbolçu itkisi ilə üzləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı müdafiəçi Sokratis Papastatopulos “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri İngiltərə Premyer Liqasının VI tur matçında zədələnib.

Dizindən xəsarət alan 30 yaşlı oyunçu 39-cu dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-də məhz “Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi