Yuxarı

"Arsenal"ın tarixinə düşən futbolçu: "İlk qolumu vurduğum üçün çox şadam"

"Arsenal"ın tarixinə düşən futbolçu: "İlk qolumu vurduğum üçün çox şadam"
© Report/Firi Salim

Bakı. 5 oktyabr. REPORT.AZ/ “İlk qolu vurduğum və 3 xal qazandığımız üçün özümü çox yaxşı hiss edirəm”.

"Report" xəbər verir ki, bunu İngiltərə "Arsenal"ının futbolçusu Emil Smit-Rou Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə danışarkən deyib.

53-cü dəqiqədə fərqlənən ingiltərəli yarımmüdafiəçi arzusunun həyata keçdiyini bildirib: “Bu klubda özümü evimdəki kimi hiss edirəm. Artıq əsas komanda ilə məşqlərə qatılıram. Hər kəs məni yaxşı qarşılayır. Burada özümü xoşbəxt hiss edirəm. Qol vurduğum üçün çox şadam. Bu, mənim arzularımdan biri idi”. 

Komanda haqda fikirlərini də bildirən 18 yaşlı hücumameylli oyunçu bir-birlərinə həmişə yardım edən komanda olmaq istədiklərini bildirib: “Biz uğurlar əldə edəcəyimizə inanan kollektivik. Bir-birimizə kömək edən və bunun üçün əlimizdən gələni edən komanda olmaq istəyirik".

Qeyd edək ki, Emil Smit-Rou “Arsenal”ın heyətində XXI əsrdə dünyaya gəlib qol vuran ilk futbolçudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi