Yuxarı

"Arsenal"ın müdafiəçisi: "Qarabağ"ın çoxlu şansı oldu, bizim bəxtimiz gətirdi"

"Arsenal"ın müdafiəçisi: "Qarabağ"ın çoxlu şansı oldu, bizim bəxtimiz gətirdi"

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Çox ağır oyun oldu. Rəqib yaxşı çıxış etdi. Onların çoxlu şansı var idi. Qələbə qazandığımız üçün çox xoşbəxtik".

"Report" xəbər verir ki, bunu İngiltərə "Arsenal"ının futbolçusu Sokratis Papastatopulos Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.

30 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin xeyli imkanı əldən verdiyini vurğulayıb: "Həmin epizodlarda bəxtimiz gətirdi. Bunu anlayırıq".

Papastatopulos daha çox çalışmalarının və artırmalarının gərəkliyini vurğulayıb: "Bəzi məqamlarda işlərin yaxşı getmədiyini bilirik. Daha da səylə çalışmalı oluruq və hazırda bu yoldayıq. Fikrimcə, bu halda hər şey çox yaxşı olacaq".

4-cü dəqiqədə fərqlənən yunanıstanlı oyunçu bundan məmnun olduğunu və kapitan Naço Monrealın sayəsində "Arsenal"ın heyətində qol hesabını açdığını vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ müdafiədə etibarlı çıxış etməkdir: "Həm bu, həm də son oyunlarımıza görə çox şadam. Çünki yaxşı müdafiə olunurduq. Şəxsən mənim üçün 3 müdafiəçi sistemi ilə çıxış etmək yaxşı idi. Çünki "Borussiya"da Tomas Tuxelin rəhbərliyi altında da bu sistemlə xeyli oyunda iştirak etmişəm. Baş məşqçimiz işini yaxşı bilir, komandaya faydalı olan çox şeyə cəhd edir. Fikrimcə, yaxşı yoldayıq. Bununla belə, daha da yaxşı oynamalıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi