Bakı. 2 noyabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun çilili futbolçusu Aleksis Sançes İspaniya "Barselona"sında çıxış etdiyi dövrlərdə vergidən yayınmaqda ittiham olunur.
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Barselona prokurorluğu iddia edir ki, oyunçu 2012-2013-cu illər dövründə təqribən 1 mln. avro ödəməyib.
Qeyd olunur ki, Sançes vergidən yayınmaq üçün Maltadakı ofşor şirkətdən istifadə edib.
Lakin Sançesin agenti bu məlumatı təkzib edib. "O yaşadığı ölkənin qanunlarına tam riayət edib və vergilərini tam ödəyib", - deyə bəyanatda bildirilir.
Sançes "Barselona"da 2011-2014-cü illərdə çıxış edib və daha sonra "Arsenal"a transfer olunub.