"Arsenal"ın baş məşqçisi futbolçulardan ingilis dilində danışmağı tələb edir

"Arsenal"ın baş məşqçisi futbolçulardan ingilis dilində danışmağı tələb edir Bakı. 15 sentyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasında rəqibi İngiltərə Arsenalının baş məşqçisi Unay Emeri futbolçulardan ingilis dilində danışmağı tələb edir.
Futbol
15 Sentyabr , 2018 17:23
Arsenalın baş məşqçisi futbolçulardan ingilis dilində danışmağı tələb edir

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasında rəqibi İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri futbolçulardan ingilis dilində danışmağı tələb edir. 

"Report" "The Mirror"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis yalnız oyunçularla təkbətək söhbət zamanı tərcüməçinin xidmətindən istifadə edəcək.

İspan məşqçi hesab edir ki, komanda üzvlərinin ingilis dilində ünsiyyət qurmaları vacibdir. 

O, paytardəyişmə otağında kollektivlə yalnız bu dildə danışacaq. U.Emeri artıq məşq zamanı da tərcüməçidən imtina edib. Baş məşqçi ilin sonuna kimi bu dili öyrənməyi planlaşdırır. Onun mətbuat konfranslarında hələ ki tərcüməçidən istifadə olunur. 

Qeyd edək ki, "Qarabağ"ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq. 

Son xəbərlər

Orphus sistemi