Yuxarı

"Arsenal"ın aparıcı futbolçusu zədəsini sağaldıb

"Arsenal"ın aparıcı futbolçusu zədəsini sağaldıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İngiltərə "Arsenal"ının aparıcı futbolçularından hesab olunan Mesut Özil zədəsini sağaldıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, "Qarabağ"la keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından ağrılarla qayıdan 30 yaşlı yarımmüdafiəçi tam olaraq zədəsini bərpa edib.

London təmsilçisinin əsas qapıçısı Petr Çex də zədəsini sağaldaraq sıraya dönüb. Təcrübəli qolkiperin oktyabrın 22-si İngiltərə Premyer Liqasının IX turunda evdə "Lester Siti" ilə matçda işirak edə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının qrup mərhələsinin II turunda Bakı Olimpiya Stadionunda keçirilmiş matçda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi