Bakı. 15 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı futbolçusu Aron Remzi ilə müqavilənin uzadılması barədə razılığa gələ bilməyib.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə ilə yanaşı həftəlik 280 min avro təklif edib.
Uelsli oyunçunun yeni müqaviləni rədd etməsinin səbəbi "Arsenal"ın icraçı direktoru İvan Qazidisin komandadan ayrılma ehtimalının olmasıdır.
Qeyd edək ki, Aron Remzi 2008-ci ildən "Arsenal"da çıxış edir. O, ötən mövsüm "topçular"ın heyətində 24 Premyer Liqa oyununda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.