"Arsenal" ÇL tarixində 1/8 finalda ardıcıl 7 dəfə mübarizəni dayandıran ilk klub olub

"Arsenal" ÇL tarixində 1/8 finalda ardıcıl 7 dəfə mübarizəni dayandıran ilk klub olub London klubu iki oyunun nəticəsinə görə 10 top buraxıb
Futbol
8 Mart , 2017 05:52
Arsenal ÇL tarixində 1/8 finalda ardıcıl 7 dəfə mübarizəni dayandıran ilk klub olub

Bakı. 8 mart. REPORT.AZ/ Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"ya evdə 1:5 hesabı ilə uduzan "Arsenal" turniri tərk edib.

"Report" xəbər verir ki, "Arsenal" bununla da ardıcıl 7-ci dəfə 1/8 finalda məğlub olaraq mübarizəni dayandıran komanda kimi turnirin tarixinə düşüb.

Cavab qarşılaşması Londonun "Emireyts — Eşberton Qrouv" stadionunda keçirilib.

2009/10 mövsümündə "topçular" 1/8 finalda "Portu"nu keçiblər (1:2, 5:0), lakin növbəti mərhələdə "Barselona"ya məğlub olublar (2:2, 1:4).

Son xəbərlər

Orphus sistemi