“Arsenal” “Bornmut”a qalib gələrək İngiltərə kubokunun 1/16 finalına çıxıb

“Arsenal” “Bornmut”a qalib gələrək İngiltərə kubokunun 1/16 finalına çıxıb İngiltərə kubokunun 1/16 final matçında “Bornmut” London Arsenalını qəbul edib.
Futbol
28 Yanvar , 2020 02:00
“Arsenal” “Bornmut”a qalib gələrək İngiltərə kubokunun 1/16 finalına çıxıb

İngiltərə kubokunun 1/16 final matçında “Bornmut” London "Arsenal"ını qəbul edib.

“Report” xəbər verir ki, görüş “Vitaliti – Din Kort” stadionunda keçirilib və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 5-ci dəqiqədə açılıb. London təmsilçisinin heyətində Bukayo Saka fərqlənib. Matçın 26-cı dəqiqəsində hücumçu Edvard Nketia qonaqların hesabdakı üstünlüyünü gücləndirib.

“Bornmut” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Əlavə edilmiş vaxtda meydan sahiblərinin hücumçusu Sem Sarric fərqlənib.

Beləliklə, "Arsenal" İngiltərə kubokunun 1/8 finalına çıxıb, "Bornmut" isə turnirdəki iştirakını dayandırıb. İngiltərə kubokunun 1/8 finalında "Arsenal" "Portsmut”la qarşılaşacaq. 1/8 finalının matçları martın 2-5-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi