"Arsenal" azarkeşləri Moskvada taksi sürücüsünün zorakılığının qurbanı olub

"Arsenal" azarkeşləri Moskvada taksi sürücüsünün zorakılığının qurbanı olub Bakı. 12 aprel. REPORT.AZ/ Avropa Liqasının 1/4 final mərhələsində Rusiyanın MOİK klubunun qonağı olacaq İngiltərə “Arsenal”ının iki azarkeşi Moskvada taski sürücüsünün zorakılığının qurbanı olub.
Futbol
12 Aprel , 2018 10:38
Arsenal azarkeşləri Moskvada taksi sürücüsünün zorakılığının qurbanı olub

Bakı. 12 aprel. REPORT.AZ/ Avropa Liqasının 1/4 final mərhələsində Rusiyanın MOİK klubunun qonağı olacaq İngiltərə “Arsenal”ının iki azarkeşi Moskvada taski sürücüsünün zorakılığının qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə BBC-nin müxbiri Sara Reynsford şəxsi “Twitter” hesabında yazıb. Taksi sürücüsü Lubyankadan Pyatnitskaya küçəsinə apardığı fanatlardan 10 min rubl (222 manat) tələb edib. Lakin fanatlar 4 km məsafə üçün bu məbləği ödəməyə razı olmayıblar.

Pulu ala bilməyən sürücü ingiltərəli azarkeşləri taksidə bağlı saxlayıb və onun lisenziyasının şəklini çəkməyə imkan verməyib. Çıxılmaz vəziyyətdə qalan qonaqlar 10 min rubl ödəməli olublar.

Qeyd edək ki, bu gün MOİK-lə “Arsenal” arasında keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. İlk qarşılaşma İngiltərə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi