Yuxarı

​“Arsenal” 12-ci dəfə İngiltərə Kubokunun qalibi olub

Komanda finalda “Aston Villa”nı darmadağın edib

Bakı. 31 may. REPORT.AZ/ “Arsenal” futbol üzrə İngiltərə Kubokunun finalında “Aston Villa”nı darmadağın edib.

“Report” xəbər verir ki, turnirin həlledici matçı Londonun “Uembli” stadionunda baş tutub və 4:0 hesabı ilə başa çatıb.

Oyunda Teo Uolkott, Aleksis Sançes, Per Mertezaker və Olivye Jiru hərəyə bir dəfə fərqlənə bilib.

“Arsenal” İngiltərə Kubokunu rekord sayda, 12-ci dəfə qazanmış olub. Onun ən yaxın izləyicisi Kuboku 11 dəfə qazanmış “Mançester Yunayted”dir.

İngiltərə Kuboku. Final

“Arsenal” (London) – “Aston Villa” (Birmingem) – 4:0

Qollar: Uolkott, 40 (1:0); Sançes, 50 (2:0); Mertezaker, 62 (3:0); Jiru, 90+3 (4:0).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi