Yuxarı
    Bağlamaq

    Arsen Venger: "Məsut Özil Azərbaycandan köklənmiş vəziyyətdə qayıdıb"

    Arsenalın baş məşqisi zədəli futbolçuların vəziyyətindən danışıb

    Bakı. 31 mart. REPORT.AZ/ Almaniya milli komandasının futbolçusu Mesut Özil İngiltərənin "Arsenal" klubuna hazır vəziyyətdə qayıdıb.

    "Report"un məlumatına görə, bu barədə klubun baş məşqçisi Arsen Venger açıqlama verib. Fransalı mütəxəssis Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında çıxış etmiş türk əsilli yarımmüdafiəçinin zədəsinin tam sağaldığını bildirib: "Özil yenidən meydana çıxmağa hazırdır. O, Azərbaycanda 20 dəqiqə oynayıb. Oyundan köklənmiş vəziyyətdə qayıdıb və bu həftə xeyli çalışıb".

    Venger digər zədəli futbolçuların vəziyyətindən də danışıb. O, Santi Kasorlanın mövsümün sonunadək, qapıçı Petr Çexin növbəti iki oyunda meydana çıxmayacağını açıqlayıb.

    Qeyd edək ki, "Arsenal" son 9 oyundan 6-da məğlubiyyətlə üzləşib. İngiltərə Premyer Liqasında 27 oyundan sonra "topçular" 50 xalla 6-cı pillədə qərarlaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi