Arsen Venger karyerasını hələ başa vurmağı düşünmür

Arsen Venger karyerasını hələ başa vurmağı düşünmür Bakı. 25 aprel. REPORT.AZ/ İngiltərənin Arsenal klubunun baş məşqçisi Arsen Venger karyerasını hələ başa vurmayacağını açıqlayıb.
Futbol
25 Aprel , 2018 18:31
Arsen Venger karyerasını hələ başa vurmağı düşünmür

Bakı. 25 aprel. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venger karyerasını hələ başa vurmayacağını açıqlayıb. 

"Report"un məlumatına görə, 69 yaşlı mütəxəssis klub televiziyasına açıqlamasında mövsümün sonunda komandadan ayrıldıqdan sonra istirahət barədə düşünmədiyini deyib:

"Düzü, nə edəcəyimi bilmirəm. Mən "Arsenal"dan ayrılandan sonra da işləməyə davam edəcəyəm".

Qeyd edək ki, Arsen Vengerin adı Fransanın PSJ klubu və Fransa milli komandası ilə hallanır. 

Son xəbərlər

Orphus sistemi