Yuxarı

"Qəbələ"nin daha bir futbolçusu Azərbaycan milli komandasından kənarlaşdırılıb

Eddi İsrafilov isə 3 yoxlama matçından 2-ni buraxacaq

Bakı. 18 may. REPORT.AZ/ Mayın 23-də Avstriyada təlim-məşq toplanışına start verəcək Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb. "Report"un məlumatına görə, "Qəbələ"nin müdafiəçisi Arif Daşdəmirov zədəli olduğu üçün toplanışa qatılmayacaq.

İyunun 4-dək davam edəcək toplanışa dəvət edilən Eddi İsrafilov isə İspaniya çempionatının oyunları ilə əlaqədar hazırlıq prosesinə mayın 30-da qoşulacaq. Onun çıxış etdiyi İspaniyanın "Kordoba" klubunun qarşıda 4 çempionat matçı var. İsrafilov mayın 26-da Andorra, mayın 29-da isə Makedoniya ilə yoldaşlıq görüşlərini buraxacaq. O, yalnız Kanada ilə 2 iyun qarşılaşmasında iştirak edə biləcək. 

Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində Andorra, Makedoniya və kanada yığmaları ilə yoldaşlıq görüşü keçirəcək. Daha öncə "Qəbələ"dən zədli Elvin Camalovu "Kəpəz"in oyunçusu Budaq Nəsirov əvəzləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi