Yuxarı

Arif Daşdəmirov: "Güclərini Avropa Liqası oyunlarına saxlayırlar"

Çalışacağıq ki, meydanda layiqli mübarizə aparaq

Krasnodar. 30 sentyabr. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Arif Daşdəmirov Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Rusiya "Krasnodar"ı ilə keçiriləcək oyun haqda fikirlərini bildirib. "Report"un Krasnodara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, milli komandanın üzvü jurnalistlərə açıqlamasında çətin oyun keçəcəyini deyib.

Onun sözlərinə görə, qrup mərhələsinin ilk səfər oyunu çətin keçsə də, maraqlı olacaq: "Krasnodar” ölkə çempionatında stabil oyun nümayiş etdirmir. Yəqin ki, güclərini Avropa Liqası oyunlarına saxlayırlar. Çalışacağıq ki, meydanda layiqli mübarizə aparaq. Rəqibin heyətində Ari, Smolov və Joaozinyo kimi futbolçular var. Onların Almaniya "Borussiya"sı ilə səfər oyununu izlədim. Elə görünürdü ki, sanki ev sahibi Rusiya klubudur. Çox yaxşı futbol sərgilədilər. Bütün gücümüzlə meydanda mübarizə aparacağıq".

Qeyd edək ki, "Kuban" stadionunda "Krasnodar” – "Qəbələ” matçı sabah Bakı vaxtilə 00:05-də başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi