​Argentinalı futbolçuları aparan avtobus qəzaya düşüb

​Argentinalı futbolçuları aparan avtobus qəzaya düşüb Qəza zamanı 2 futbolçu xəsarət alıb
Futbol
11 Fevral , 2016 14:22
​Argentinalı futbolçuları aparan avtobus qəzaya düşüb

Bakı. 11 fevral. REPORT.AZ/ Argentinanın "Urakan" komandasının futbolçularını aparan avtobus Venesuelada aşıb. "Report"un məlumatına görə, hadisə "Karakas"la oyundan dönərkən baş verib.

Qəzada 2 futbolçu və məşqçi xəsarət alıb. Komandanın həkimi xəstəxanaya yerləşdirilən hər 3 şəxsin həyatı üçün təhlükənin olmadığını bildirib. Qəzaya avtobusun əyləc sistemində nasazlığın olması səbəb göstərilir.

Qeyd edək ki, görüş "Karakas"ın qələbəsi ilə yekunlaşıb - 2:1. 

Son xəbərlər

Orphus sistemi