Yuxarı

​Argentinalı futbolçu oyun zamanı dünyasını dəyişib

Kristian Qomes ürək tutmasından keçinib

Bakı. 25 may. REPORT.AZ/ Argentinanın "Atletiko Parana" klubunun müdafiəçisi Kristian Qomes "Boka Udinos" ilə matç zamanı dünyasını dəyişib.

"Report" xəbər verir ki, futbolçu meydanda yerə yıxılıb və hakim həkimlərin ilkin tibbi yardım göstərməsi üçün dərhal oyunu dayandırıb.

Qomes xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi