Yuxarı
    Bağlamaq

    Argentinalı futbolçu qadın hakimi vurduğuna görə 22 matçda iştirakdan kənarlaşdırılıb

    Hakim futbolçudan Futbol Assosiasiyasına şikayətdən başqa məhkəmədə iddia da irəli sürüb

    Bakı. 26 noyabr. REPORT.AZ/ Arqentinanın dördüncü divizion klubu "Deportivo Merlo"nun futbolçusu Emmanuel Franses qadın hakimi vurduğuna görə 22 matçdan kənarlaşdırılıb.

    "Report"un məlumatına görə, bu barədə "AFP" xəbər yayıb.

    Məlumata görə, futbolçu matç zamanı əli ilə hakim Mariya Rokkonun boynunun ardından güclü zərbə endirib. Hakim futbolçudan xilas olmaq üçün tribunanın altındakı otaqda gizlənməyə məcbur olub.

    O, futbolçudan Argentina Futbol Assosiasiyasına şikayətdən başqa mülki məhkəmədə iddia da irəli sürüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi