Bakı. 26 noyabr. REPORT.AZ/ Arqentinanın dördüncü divizion klubu "Deportivo Merlo"nun futbolçusu Emmanuel Franses qadın hakimi vurduğuna görə 22 matçdan kənarlaşdırılıb.
"Report"un məlumatına görə, bu barədə "AFP" xəbər yayıb.
Məlumata görə, futbolçu matç zamanı əli ilə hakim Mariya Rokkonun boynunun ardından güclü zərbə endirib. Hakim futbolçudan xilas olmaq üçün tribunanın altındakı otaqda gizlənməyə məcbur olub.
O, futbolçudan Argentina Futbol Assosiasiyasına şikayətdən başqa mülki məhkəmədə iddia da irəli sürüb.