Argentina millisinin baş məşqçisi içkili halda maşın idarə etdiyi üçün saxlanılıb - VİDEO

Argentina millisinin baş məşqçisi içkili halda maşın idarə etdiyi üçün saxlanılıb - VİDEO 57 yaşlı mütəxəssis polislə mübahisə edib
Futbol
26 Dekabr , 2017 11:42
Argentina millisinin baş məşqçisi içkili halda maşın idarə etdiyi üçün saxlanılıb - VİDEO

Bakı. 26 dekabr. REPORT.AZ/ Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli içkili halda avtomobil idarə etdiyi üçün saxlanılıb. “Report” “TyC Sports”a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Santa-Fe əyalətinin Kasilda şəhərində qızının toyundan qayıdarkən sükan arxasına sərxoş vəziyyətdə oturub.  

Nəticədə Sampaoli ilə polis arasında mübahisə düşüb. Baş məşqçi mübahisədən sonra avtomobili tərk edərək yaxınlıqdakı otellərdən birinə yollanıb. Təcrübəli məşqçi haqda hansı ölçünün götürüləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, Xorxe Sampaoli bu ilin mayından Argentina yığmasının baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi