Bakı. 30 mart. REPORT.AZ/ Argentinada yerli Futbol Federasiyasına (AFA) prezident seçkiləri keçirilib.
"Report" xəbər verir ki, təşkilatın yeni rəhbəri 43 mümkün səsdən 40-nı toplayan 49 yaşlı Klaudio Tapia olub.
AFA-nın əvvəlki prezidenti Luis Sequra 2016-cı ilin yayında dələduzluqda müqəssir bilindikdən sonra istefa verib.
Klaudio Tapia AFA-nın 55-ci prezidenti olub.