Yuxarı
    Bağlamaq

    ​Argentina Futbol Assosiasiyasının binası partlayış təhlükəsi səbəbindən təxliyə edilib

    Təxliyə ofisə bomba qoyulmasına dair anonim zəngdən sonra baş tutub

    Bakı. 28 iyun. REPORT.AZ/ Argentina Futbol Assosiasiyasının mənzil qərargahının binası partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

    "Report" xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

    Təxliyə ofisə bomba qoyulmasına dair anonim zəngdən sonra həyata keçirilib. Polis binanı əhatəyə alıb və partlayıcı maddənin olması ehtimalı ilə binada yoxlama aparıb. Təşkilat prezidenti vəzifəsini icra edən Luis Sequra binanı şərh vermədən tərk edib.

    Qeyd edək ki, Argentina millisi iyunun 27-də Amerika Kubokunun finalında Çili yığmasına məğlub olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi