"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansını itirib

"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansını itirib Komanda ikinci oyununda da məğlub olub
Futbol
24 Noyabr , 2016 23:01
Araz UEFA Kubokunun Dördlər finalına yüksəlmək şansını itirib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün "Araz" klubu futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsində ikinci oyununa çıxıb.

"Report" xəbər verir ki, Naxçıvan təmsilçisinin rəqibi Rusiyanın "Qazprom Yuqra" klubu olub.

Matç çempionumuzun "Dördlər finalı"na yüksəlmək perspektivinin üstündən birdəfəlik xətt çəkib. "Araz" ilk matçda olduğu kimi ikinci oyunda da uduzaraq şansını itirib. Ruslar Almaniyanın "Hamburq" klubu ilə matçda olduğu kimi 4:0 hesabı ilə qalib gəliblər.

24 noyabr

UEFA Kuboku, elit-raund mərhələsi, II tur

21:00. "Araz" (Azərbaycan) - "Qazprom Yuqra" (Rusiya) - 0:4

Qollar: Eder Lima, 10, Marseniya, 28, Çişkala, 32, Kayo, 34

Hakimlər: Paskal Lemal (Belçika), Eduardo Koelho Fernandes (Portuqaliya)

Zaqreb. Dom Sportova İdman Kompleksi

Qeyd edək ki, "Araz" ilk oyunda meydan sahibinə - Xorvatiyanın "Nasional" klubuna 1:2 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi