Yuxarı

"Araz" futzal klubu UEFA Kubokunda növbəti oyununu keçirəcək

Rəqib Kosova komandası olacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, 2-ci qrupun ikinci turunda rəqib Kosovanın "Feniks" klubu olacaq.

Qarşılaşma 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçiriləcək. Ölkə çempionu bu görüşü qələbə ilə başa vuracağı təqdirdə, turnirin elit rounduna vəsiqə şanslarını artıracaq.

İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını 7:1 hesabı ilə məğlub edən "Araz" hazırda 3 xalla qrup lideridir. "Feniks"in də aktivində 3 xal var. Kosova klubu Makedoniyanın "Jelezarets" komandası ilə ilk oyundan qalib ayrılıb - 5:0. Qrupun digər oyununda isə "Jelezarets" və Tbilisi Dövlət Universiteti komandası üz-üzə gələcək.

"Araz" qrupdakı son oyununu oktyabrın 14-də "Jelezarets"ə qarşı keçirəcək.

Qeyd edək ki, turnirin reqlamentə əsasən, əsas mərhələdə 6 qrupun ilk iki pilləsində qərarlaşan və ən yaxşı göstərici ilə 3-cü yeri tutan 4 komanda elit raunda yüksələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi