Yuxarı

Araz Abdullayev: "Diqqətimiz həm də Malta - Kosovo matçına yönəlmişdi"

Araz Abdullayev: "Diqqətimiz həm də Malta - Kosovo matçına yönəlmişdi"

Bakı. 18 noyabr. REPORT.AZ/ "Sevinirik ki, qalib gəldik. Əsas məqsədimiz topa daha çox nəzarət etməkdən ibarət idi. Çalışırdıq ki, hesabı qoruyaq və gücümüzü son oyuna saxlayaq. Diqqətimiz həm də Malta - Kosovo matçına yönəlmişdi. Lakin Kosovo qalib gəldi".

"Report" xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev evdə Farer adalarını 2:0 hesabı ilə yendikləri UEFA Millətlər Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, noyabrın 20-də səfərdə Kosovo ilə keçirəcəkləri son qarşılaşma finala bərabər olacaq.

"Yenə birgə mübarizə apararaq, bu işin də öhdəsindən gəlməliyik" söyləyən Abdullayev yüksək motivasiya və konsentrasiya olmalarının gərəkliyini vurğulayıb:

"Deməzdim ki, əhvalımız yoxdur. Sadəcə, qarşıda Kosovo ilə oyun var. Maksimum çalışırıq ki, son matçımıza motivasiya və konsenrtasiya olaq. Cəmi 3 gün vaxtımız qalıb".

Təcrübəli futbolçu oyunun sonlarında ayağındakı ağrılara baxmayaraq, hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb.

Araz Abdullayev Farer adaları ilə görüşdə sonadək meydanda olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi