APOEL-in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

APOEL-in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL komandasının zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Futbol
5 Noyabr , 2019 09:29
APOEL-in iki futbolçusu Qarabağla oyunu buraxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL komandasının zədəli futbolçularının durumuna aydınlıq gəlib.

“Report” “Thema Sports”a istinadən xəbər verir ki, zədəlilərdən biri - Antonio Yakoliş tam sağalıb. Baş məşqçi Tomas Doll xorvatiyalı yarımmüdafiəçinin xidmətindən yararlana biləcək.

Lakin argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak Azərbaycan təmsilçisi ilə görüşü buraxacaqlar. Onların bərpa prosesi davam edir.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi