Yuxarı

Antonio Pirlo İtaliyanın ən yaxşı futbolçusu seçilib

Yuventus klubunun 7 futbolçusu simvolik komandaya düşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ İtaliya milli komandasının baş məşqçisi Antonio Konte ölkəsinin ən yaxşı məşqçisi sayılıb. "Report"un məlumatına görə, bu barədə İtaliyanın Futbolçular Assosiasiyası qərar verib. 

Konte daha çox "Yuventus" klubuna A seriyasında çempionluq qazandırması münasibətilə təltif olunub. Elə digər nominasiyalar üzrə mükafatların çoxu da bu klubla bağlı olub. Turin komandasının yarımmüdafiəçisi Andrea Pirlo ilin futbolçusu, Canluici Buffon ilin qapıçısı seçilib. İlin hücumçusu "Napoli"də çıxış edən Qonsalo İquain sayılsa da, klub prezidenti Aurelio de Laurentis mərasimi boykot edib.

İlin simvolik yığmasına "Yuventus"un 7 futbolçusu düşüb. Bunlar Pirlo və Buffondan əlavə, Kvadvo Asamoa, Pol Poqba, Andrea Batsalyi, Arturo Vidal və Karlos Tevesdir. Qalan oyunçular isə Matteo Darmian, Mehdi Benatia, Çiro İmmobile və Qonsalo İquaindir. 

Qeyd edək ki, İtaliya yığması Azərbaycan millisinin AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindəndir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi