Ansi Aqolli: "Əlimizdən gələni edəcəyik ki, Madriddən yaxşı nəticə ilə ayrılaq"

Ansi Aqolli: "Əlimizdən gələni edəcəyik ki, Madriddən yaxşı nəticə ilə ayrılaq" "Qarabağ"ın albaniyalı müdafiəçisi onları çətin oyun gözlədiyini deyib
Futbol
30 Oktyabr , 2017 22:46
Ansi Aqolli: Əlimizdən gələni edəcəyik ki, Madriddən yaxşı nəticə ilə ayrılaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 31-də İspaniyada “Atletiko”nun qonağı olacaq “Qarabağ”ın futbolçusu Ansi Aqolli oyunöncəsi mətbuat konfransında iştirak edib.

"Report"un məlumatına görə, albaniyalı müdafiəçi onları çətin oyun gözlədiyini deyib:

“Baş məşqçi ilə tam razıyam. Bu komanda ilə Bakıdakı oyunumuz da çətin olmuşdu. Fikrimcə, burdakı qarşılaşma da bu cəhətdən fərqlənməyəcək. Əlimizdən gələni edəcəyik ki, burdan yaxşı nəticə ilə ayrılaq”.

"Metropolitano" stadionunda keçiriləcək "Atletiko" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi