Yuxarı
    Bağlamaq

    Rusiyanın "Anji" klubu Yuri Syomini istefaya göndərib

    68 yaşlı mütəxəssislə anlaşma qarşılıqlı razılıq əsasında pozulub

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyanın "Anji" futbol klubu baş məşqçi Yuri Syominlə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 68 yaşlı mütəxəssislə iyundan qüvvədə olan anlaşma qarşılıqlı razılıq əsasında pozulub. 

    Mahaçqala təmsilçisinin Premyer Liqadakı ilk 10 tur ərzində çıxışı diqqətlə analiz edildikdən sonra tərəflər "Anji"nin xeyrinə olan addım atmağı qərara alıblar. Rəhbərlik Y.Syominin rəhbərlik etdiyi məşqçilər heyətinə müştərək fəaliyyətlərinə görə minnətdarlıq edərək, gələcək işlərində uğurlar arzulayıb. 

    Qeyd edək ki, qarşıdakı oyunlara "Anji"ni Ruslan Ağalarov hazırlayacaq. 10 turdan sonra Mahaçqala komandası Rusiya Premyer Liqasında 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi