Andrey Şevçenko Ukrayna millisinə məşqçi təyin olunub

Andrey Şevçenko Ukrayna millisinə məşqçi təyin olunub O, baş məşqçinin köməkçisi vəzifəsində çalışacaq
Futbol
16 Fevral , 2016 12:23
Andrey Şevçenko Ukrayna millisinə məşqçi təyin olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Məşhur futbolçu Andrey Şevçenko Ukrayna milli komandasında məşqçi kimi çalışacaq. "Report"un Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, o, baş məşqçi Mixail Fomenkonun köməkçisi olacaq.

Məşqçilər korpusunda Şevçenko ilə yanaşı Vladimir Onişenko, Yuri Sivuxa və Vitali Şpanyuk da yer alıb. Artıq 39 yaşlı ukraynalı milli komandanın qərargahında ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, Andrey Şevçenko futbolçu karyerası ərzində Kiyev "Dinamo"sunun, İngiltərənin "Çelsi" və İtaliyanın "Milan" klublarının şərəfini qoruyub. 1995-ci ildən əsas yığmaya dəvət alan hücumçu 17 il millinin uğuru üçün çalışıb. 2012-ci ildə Şevçenko futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi