Andrey Arşavin Çempionlar Liqasında iştirak etmiş ən yaxşı rusiyalı futbolçu seçilib

Andrey Arşavin Çempionlar Liqasında iştirak etmiş ən yaxşı rusiyalı futbolçu seçilib Bakı. 6 mart. REPORT.AZ/ İspaniyanın Movistarplus telekanalının keçirdiyi sorğuda 1992-1993 mövsümündən Çempionlar Liqasının ən yaxşı rusiyalı futbolçusu müəyyənləşib.
Futbol
6 Mart , 2019 12:21
Andrey Arşavin Çempionlar Liqasında iştirak etmiş ən yaxşı rusiyalı futbolçu seçilib

Bakı. 6 mart. REPORT.AZ/ İspaniyanın "Movistarplus" telekanalının keçirdiyi sorğuda 1992-1993 mövsümündən Çempionlar Liqasının ən yaxşı rusiyalı futbolçusu müəyyənləşib.

"Report" xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada "Zenit" və İngiltərə "Arsenal"ının sabiq hücumçusu Andrey Arşavin layiq görülüb. Rusiya millisinin 38 yaşlı sabiq hücumçusu səslərin 45 faizini toplayıb.

"Spartak", Portuqaliyanın "Benfika" və "İspaniyanın "Selta" klublarında çıxış etmiş Aleksandr Mostovoy 23 faiz səslə ikinci, "Spartak", İtaliyanın "Roma" və Portuqaliyanın "Portu" komandalarında oynamış Dmitri Aleniçev isə üçüncü olub. Dördüncü yeri isə 14 faiz səslə ölkəsinin "Spartak", İspaniyanın "Valensiya", "Selta" və "Real Sosyedad" kimi klublarının formasını geyinmiş Valeri Karpin tutub. 

Qeyd edək ki, Andrey Arşavin Çempionlar Liqasında seçmə mərhələlər daxil olmaqla 42 oyun keçirib və 7 qol, 10 məhsuldar ötürmə müəllifi olub. Arşavin Bakıda keçirilmiş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi