Yuxarı

“Real”–“Barselona” derbisi: 0:4 - FOTO - VİDEO

Altı yüz milyon tamaşaçının izlədiyi qarşılaşma 170 müxtəlif ölkədə canlı yayımlanıb

Bakı. 21 noyabr. REPORT.AZ/ İspaniya La Liqasının XII turunda "Real Madrid"lə "Barselona" arasında "El-Klasiko" gerçəkləşib. "Report"un məlumatına görə, Madriddəki Santyaqo Bernabeu" stadionunda keçirilmiş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

İlk və son qolu Luis Suares (dəq. 11; 74) vurub. Qalan 2 qolun müəllifi isə Neymar (dəq. 39) və Andres İnyesta (dəq. 53) olub.

"Barselona"nın heyətində Lionel Messi zədəsini yenicə sağaltdığı üçün start heyətdə yox, 56-cı dəqiqədə meydana daxil olub. "Real Madrid"dən isə Kriştianu Ronaldu gözlənilən oyunu sərgiləyə bilməyib.

Bu qələbə sayəsində "Barselona" xallarını 30-a çatdıraraq, 2-ci pillədəki "Real Madrid"i 6 xal üstələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi