"Ayntraxt"ın sabiq futbolçusu: "Azərbaycana səfər möhtəşəm idi"

"Ayntraxt"ın sabiq futbolçusu: "Azərbaycana səfər möhtəşəm idi" Almaniyanın Ayntraxt klubunun sabiq futbolçusu Aleks Mayer 2013-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Qarabağla keçirdikləri ilk oyunu xatırladıb.
Futbol
29 Yanvar , 2020 09:37
Ayntraxtın sabiq futbolçusu: Azərbaycana səfər möhtəşəm idi

Almaniyanın "Ayntraxt" klubunun sabiq futbolçusu Aleks Mayer 2013-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la keçirdikləri ilk oyunu xatırladıb.

"Report"un məlumatına görə, "Bild" nəşrinə danışan 37 yaşlı keçmiş almaniyalı hücumçu Azərbaycana səfərin onun üçün möhtəşəm keçdiyini bildirib.

"Ayntraxt" klubunda ən yaxşı xatirələrim Azərbaycana səfərimlə bağlıdır. Həmin vaxt Bakıda "Qarabağ"la qarşılaşdıq və 2:0 hesabı ilə qalib gəldik. Hər 2 qolu mən vurdum, ancaq bu, çox da önəmli deyildi. Azərbaycana səfərin özü sadəcə möhtəşəm idi. Avropa Liqası harmoniyası ilə bu, xüsusi bir şey idi" - Mayer deyib.

Qeyd edək ki, həmin oyunda "Ayntraxt" məhz Aleks Mayerin qolları ilə qələbə qazanıb - 2:0. Almaniyadakı cavab görüşündə Frankfurt təmsilçisi Azərbaycan klubuna 2:1 hesabı ilə qalib gəlib. Cavab matçında da Ağdam təmsilçisinin qapısına ilk qolu məhz Mayer vurub. Bu futbolçu "Ayntraxt"da 2004 -2018-ci illərdə çıxış edib və 336 oyunda 119 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi