Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb

Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb Buna səbəb futbolçunun zədələnməsidir
Futbol
4 Oktyabr , 2016 19:13
Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Almaniya yığmasının futbolçusu Mario Qomes milli komandadan kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, futbolçu zədə səbəbindən yığmadan kənarda qalacaq.

Onun omba əzələlərində sərtləşmə aşkarlanıb və bir neçə gün məşqlərdən uzaq qalacaq. Nəticədə 31 yaşlı Qomes 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Çexiya və Şimali İrlandiyaya qarşı forma geyinə bilməyəcək.

Qeyd edək ki, M.Qomes hazırda Almaniyanın "Volfsburq" komandasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi