Yuxarı

​Almaniyalı futbolçu Rusiya vətəndaşlığını qəbul edib

Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb

Bakı. 25 may. REPORT.AZ/ Almaniyanın "Şalke" klubunun futbolçusu Roman Noyştedter Rusiya vətəndaşlığını qəbul edib.

"Report"un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Bundan sonra 28 yaşlı yarımmüdafiəçi Rusiya yığmasının heyətində çıxış edə biləcək. Baş məşqçi Leonid Slutskiy şans verəcəyi təqdirdə, Noyştedter yığma ilə birgə Fransada keçiriləcək Avropa çempionatında iştirak edə biləcək.

Qeyd edək ki, Roman Noyştedter 2012-ci ildən "Şalke"də çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi