Almaniyada ehtiyat oyunçu meydandan çıxan topa toxunduğu üçün penalti təyin edilib

Almaniyada ehtiyat oyunçu meydandan çıxan topa toxunduğu üçün penalti təyin edilib Almaniyanın II Bundesliqasının XI turunun Bohumla oyunu zamanı Holştayn Kilin futbolçusu Mixael Eberveyn öz komandasının qapısına penaltinin təyin olunmasının lüzumsuz səbəbkarı olub.
Futbol
26 Oktyabr , 2019 13:06
Almaniyada ehtiyat oyunçu meydandan çıxan topa toxunduğu üçün penalti təyin edilib

Almaniyanın II Bundesliqasının XI turunun "Bohum"la oyunu zamanı "Holştayn Kil"in futbolçusu Mixael Eberveyn öz komandasının qapısına penaltinin təyin olunmasının lüzumsuz səbəbkarı olub.

"Report"un məlumatına görə, ehtiyat oyunçu kimi qapı xətti arxasında məşq etdiyi vaxt 23 yaşlı yarımmüdafiəçi meydanı tərk edən topa ayağı ilə toxunub.

Baş hakim VAR sisteminə müraciət etdikdə Eberveynin toxunuş edərkən topun hələ xətti tam keçmədiyini aşkarlayıb. O, meydanda "Holşteyn Kil"in formal olaraq, 12 oyunçusunun yer aldığını bildirərək, bunu qaydalara zidd sayıb. Nəticədə baş hakim Eberveynə sarı vərəqə göstərib və penalti təyin edib.

"Bohum" 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Buna baxmayaraq, görüş "Holştayn Kil"in qələbəsi ilə yekunlaşıb - 2:1. 

Qeyd edək ki, Almaniya Futbol İttifaqının qaydalarına əsasən, matç komandanın rəsmi nümayəndəsi - ehtiyat və ya əvəzlənən oyunçunun kənardan matça müdaxiləsi üzündən dayanarsa, qarşılaşma cərimə zərbəsi və ya penailti ilə davam edir. 

Son xəbərlər

Orphus sistemi