Yuxarı
    Bağlamaq

    Almaniya yığmasının hücumçusu karyerasını başa vurub

    Dünya çempionatları tarixinin ən yaxşı bombardiri məşqçi işləyəcək

    Bakı. 1 noyabr. REPORT.AZ/ Dünya çempionatları tarixinin ən yaxşı bombardiri, Almaniya milli komandasının hücumçusu Miroslav Kloze futbolçu karyerasını başa vurduğunu bəyan edib. 

    "Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı M.Kloze futbolçu məşqçi karyerasına başlamaq üçün fərdi hazırlıq proqramı üzrə dərslərə qatılacaq.

    Bu, yığmanın baş məşqçisi Yoahim Löv və idman direktoru Hans-Diterlə razılıq əsasında gerçəkləşəcək. O, elə indidən komandanın məşqçilər heyətinin üzvünə çevriləcək.

    Qeyd edək ki, Miroslav Kloze Almaniya yığmasında 137 oyun keçirib, 2014-cü ildə dünya çempionu, 2002-ci ildə gümüş mükafatçı olub. O, 71 qolla Bundestim, 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub. Kloze Almaniyanın "Hanburq", "Kayzerslautern", "Verder" və "Bavariya", həmçinin, İtaliyanın "Latsio" klubunda çıxış edib. Almaniya yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi