Almaniya yığmasının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniya yığmasının ən yaxşı futbolçusu müəyyənləşib Bakı. 5 yanvar. REPORT.AZ/ Dortmund Borussiyasının yarımmüdafiəçisi Marko Röys 2018-ci ildə Almaniyanın ən yaxşı futbolçusu sayılıb.
Futbol
5 Yanvar , 2019 17:28
Almaniya yığmasının ən yaxşı futbolçusu müəyyənləşib

Bakı. 5 yanvar. REPORT.AZ/ Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Röys 2018-ci ildə Almaniyanın ən yaxşı futbolçusu sayılıb. 

"Report" xəbər verir ki, bu, Almaniya Futbol İttifaqının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğu nəticəsində məlum olub.

29 yaşlı oyunçu 89928 (33,9 faiz) səs toplayıb. O, "Bavariya"nın müdafiəçisi Coşua Kimmix (31 faiz) və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Leroy Saneni (10,3 faiz) üstələyib. 

Röys 2018-ci ildə Bundestimin 13 oyunundan 8-də iştirak edib. Təcrübəli futbolçu 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. 

Qeyd edək ki, ötən il Almaniya millisi Rusiyadakı mundialda favorit sayılsa da, qrup mərhələsini adlaya bilməyərək son dünya çempionu titulunu qoruya bilməyib. Daha sonra bu komanda UEFA Millətlər Liqasında A Liqasını son pillədə bitirərək aşağı liqaya enib. 

Son xəbərlər

Orphus sistemi