Almaniya yığması yeni antirekorda imza atıb

Almaniya yığması yeni antirekorda imza atıb Bakı. 17 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının IV turunda Fransaya məğlub olan Almaniya yığması antirekorda imza atıb.
Futbol
17 Oktyabr , 2018 13:35
Almaniya yığması yeni antirekorda imza atıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının IV turunda Fransaya məğlub olan Almaniya yığması antirekorda imza atıb.

“Report” xəbər verir ki, Bundestim bir təqvim ilində ən çox məğlub olduğu dövrü yaşayır. 2018-ci ildə keçirdiyi 11 görüşün 6-dan məğlub ayrılan dördqat dünya çempionları üçün bu, tarixindəki ən pis göstəricidir.

Daha əvvəl Almaniya yığmasının zəif nəticələri 1985-ci ilə təsadüf edib. Həmin il komanda 5 dəfə məğlub olub. 

Qeyd edək ki, Fransa Almaniyaya 2:1 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətdən sonra Bundestim növbəti mərhələ şanslarını itirib.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi