Yuxarı

Almaniya yığması AVRO-2016 üçün heyətini açıqlayıb

Heyətdə Türkiyənin Beşiktaş və Qalatasaray klublarında çıxış edən futbolçular da yer alıb

Bakı. 31 may. REPORT.AZ/ Futbol üzrə Almaniya yığmasının 2016-cı il Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. 

"Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yoahim Löv Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu futbolçunun zədəli olması səbəbiylə 23 nəfərlik heyətə daxil etməyib.

Eyni zamanda, Fransaya adı ilkin siyahıda olan "Hoffenhaym"ın müdafiəçisi Sebastyan Rudi, "Bayer"in yarımmüdafiəçiləri Yulian Brandt və Kərim Bellarabi də aparılmayacaq.

Əvəzində heyətdə Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarında çıxış edən futbolçular yer alıb:

Qapıçılar: Manuel Noyer ("Bavariya"), Bernd Leno ("Bayer"), Mark-Andre ter-Ştegen ("Barselona", İspaniya)

Müdafiəçilər: Jerom Boatenq ("Bavariya"), Emre Can ("Liverpul", İngiltərə), Yonas Hektor ("Köln"), Benedikt Hövedes ("Şalke-04"), Mats Hummels ("Bavariya"), Şkodran Mustafi ("Valensiya", İspaniya), Antonio Rüdiger ("Roma", İtaliya)

Yarımmüdafiəçilər: Yulian Draksler ("Volfsburq"), Sami Xedira ("Yuventus", İtaliya), Coşua Kimmix ("Bavariya"), Toni Kroos ("Real Madrid", İspaniya), Tomas Müller ("Bavariya"), Mesut Özil ("Arsenal", İngiltərə), Bastian Şvaynştayger ("Mançester Yunayted", İngiltərə), Yulian Vayql ("Borussiya" Dortmund)

Hücumçular: Mario Qomes ("Beşiktaş", Türkiyə), Mario Götse ("Bavariya"), Leroy Sane ("Şalke-04"), Lukas Podolski ("Qalatasaray", Türkiyə), Andre Şürrle ("Volfsburq").

Qeyd edək ki, Almaniya millisi AVRO-2016-da Ukrayna, Polşa və Şimali İrlandiya ilə birgə C qrupunda yer alıb. Bundestim son dünya çempionatının qalibidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi