Yuxarı

Almaniya stadionlarında qolu müəyyən edən kameralar quraşdırılacaq

Ingiltərə Premyer Liqasında istifadə olunan sistem Bundesliqa oyunlarının keçirildiyi stadionlarda quraşdırılacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ Bundesliqa klubları qolu müəyyən edən müasir texnologiyalardan istifadəyə səs verdilər.

"Report"-un Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, dekabrin 4-də qəbul olunmuş qərara əsasən Ingiltərə Premyer Liqasında istifadə olunan Hawk-Eye (Şahin Gözü) sistemi Bundesliqa oyunlarının keçirildiyi hər bir stadionda quraşdırılacaq. Bu sistem hər bir stadiona 150 min avroya başa gələcək.

Bundan əvvəl oxşar sistem məhz bahalığına görə rədd olunmuşdu.

Bir çoxları bu sistemi Almaniya futbolu üçün tərəqqi hesab edir.

Xatırladaq ki, ötən sezon Almaniya kuboku finalına yüksələn Borussia Dortmund və Bavaria Munchen komandalarının oyununda Mats Hummelsin vurduğu qolu hakim tamamailə səhvən saymadı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi