Yuxarı

Almaniya milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb

Almaniya milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb
Yoahim Löv ilkin heyətdən 4 futbolçunu çıxarıb

Bakı. 4 iyun. REPORT.AZ/ Almaniya milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb.  

"Report"un məlumatına görə, "23-lüy"ə 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib. Baş məşqçi Yoahim Löv ilkin heyətdən qapıçı Bernd Leno, müdafiəçi Conatan Ta və hücumçu Leroy Sane ilə Nils Peterseni çıxarıb. 

Qapıçılar: Kevin Trapp ("PSJ", Fransa), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Stegen (“Barselona”)

Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı "Bavariya"), Mattias Qinter ("Borussiya" Münhenqladbax), Yonas Hektor ("Köln"), Marvin Plattenxardt ("Herta"), Antonio Rüdiqer ("Çelsi")

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer"), Yulian Draksler (PSJ), İlkay Gündoğan ("Mançester Siti"), Sami Xedira ("Yuventus"), Toni Kroos ("Real"), Sebastyan Rudi, Leon Qoretska, ("Bavariya"), Məsut Özil ("Arsenal")

Hücumçular: Mario Qomes ("Ştutqart"), Marko Roys ("Borussiya" Dortmund), Tomas Müller ("Bavariya"), Timo Verner ("Leyptsiq")

Qeyd edək ki, Almaniya yığma dünya çempionatında Meksika, Cənubi Koreya  və İsveç milliləri ilə F qrupunda mübarizə aparacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi