Almaniya milli komandasının baş məşqçisi Çin yığmasından təklif alıb

Almaniya milli komandasının baş məşqçisi Çin yığmasından təklif alıb Yoahim Löv 2 ilə 50 milyon avro qazana bilər
Futbol
6 May , 2017 13:18
Almaniya milli komandasının baş məşqçisi Çin yığmasından təklif alıb

Bakı. 6 may. REPORT.AZ/ Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Çin yığmasında eyni vəzifəyə təklif alıb.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, 57 yaşlı mütəxəssisə 50 milyon avro məbləğində 2 illik müqavilə təklif olunub. Lövün Almaniya Futbol İttifaqı ilə hazırkı anlaşması 31 iyul 2020-ci ilədəkdir. Onun rəhbərliyi altında Bundestim 2014-cü il dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İki komanda arasında martın 26-da Bakıda keçirilmiş ilk görüşdə qonaqlar qalib gəlib - 4:1. 

Son xəbərlər

Orphus sistemi