Bakı. 29 aprel. REPORT.AZ/ Futbol üzrə Almaniya Kubokunun yarımfinal matçı çərçivəsində "Bavariya" öz meydanında "Borussiya" klubunu qəbul edib.
"Report" xəbər verir ki, oyunun əsas və əlavə olunmuş vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib matçsonrası penalti zərbələri ilə müəyyən edilib.
On bir metrlik cərimə zərbələrinin heç birini qola çevirə bilməyən münhenlilər meydanı məğlub tərk ediblər. "Borrusiya" Kubokun finalına yüksəlib.
Dortmundluların finalda rəqibi "Arminiya" - "Volfsburq" cütünün qalibi olacaq.