Almaniya klubunun azarkeşləri meydana tualet kağızı ataraq etiraz aksiyası təşkil ediblər - VİDEO

Almaniya klubunun azarkeşləri meydana tualet kağızı ataraq etiraz aksiyası təşkil ediblər - VİDEO Bakı. 17 aprel. REPORT.AZ/ Almaniyanın “Maynts” klubunun azarkeşləri Bundesliqanın XXX turunda “Frayburq”la görüş zamanı etiraz aksiyası təşkil ediblər.
Futbol
17 Aprel , 2018 10:20
Almaniya klubunun azarkeşləri meydana tualet kağızı ataraq etiraz aksiyası təşkil ediblər - VİDEO

Bakı. 17 aprel. REPORT.AZ/ Almaniyanın “Maynts” klubunun azarkeşləri Bundesliqanın XXX turunda “Frayburq”la görüş zamanı etiraz aksiyası təşkil ediblər.

“Report”un məlumatına görə, çempionat oyununun bazar ertəsi keçirilməsindən narazalı qalan fanatlar fasilədə meydana tualet kağızları atıblar. Bu səbəbdən, “Opel Arena”da baş tutan qarşılaşmanın ikinci hissəsinin startı yubanıb.

Qeyd edək ki, “Maynts”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşün birinci hissəsi başa çatdıqdan sonra daha bir maraqlı hadisə yaşanıb. Paltardəyişmə otağına yollanan futbolçular referinin göstərişi ilə dərhal geri qayıdıblar. Buna videotəkara baxan hakimlərin “Frayburq”un cərimə meydançasında qayda pozuntusu qeydə almaları səbəb olub. Nəticədə qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Pablo De Blasis komandasının fasiləyə 1:0 hesabı ilə öndə yollanmasını təmin edib. O, ikinci hissədə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi