Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb

Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb Almaniyanın Ertsebirge klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla müqavilənin müddətini uzadıb.
Futbol
11 Oktyabr , 2019 14:07
Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb

Almaniyanın "Ertsebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla müqavilənin müddətini uzadıb.

"Report" Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2023-cü ilin iyuluna kimi nəzərdə tutulub. Klub həmçinin yarımmüdafiəçi Klemens Fandriçlə də müqaviləni eyni müddətə yeniləyib.

Qeyd edək ki, Nazarov 2016-cı ilin yayından "Ertsebirge"də çıxış edir. O, komandanın heyətində 97 oyun keçirib və 20 qol vurub. Nazarov cəzalı olduğu üçün Bəhreyn və Macarıstan kollektivləri ilə oyunları üçün Azərbaycan millisinə çağırılmayıb. 

Son xəbərlər

Orphus sistemi