Almaniya Futbol İttifaqı Özil və Gündoğanın Ərdoğanla görüşündən narazı qalıb

Almaniya Futbol İttifaqı Özil və Gündoğanın Ərdoğanla görüşündən narazı qalıb Türk futbolçular Türkiyə prezidenti ilə şəkil çəkdiriblər və ona futbol maykası hədiyyə ediblər
Futbol
15 May , 2018 04:48
Almaniya Futbol İttifaqı Özil və Gündoğanın Ərdoğanla görüşündən narazı qalıb

Bakı. 15 may. REPORT.AZ/ Almaniya Futbol İttifaqının prezidenti Reynhard Qrindel ölkə millisinin türk əsilli futbolçuları Məsut Özil və İlkay Gündoğanın Böyük Britaniyada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündən narazı qalıb.

“Report” xəbər verir ki, türk əsilli futbolçular görüş zamanı Türkiyə prezidenti ilə şəkil çəkdiriblər və ona futbol maykası hədiyyə ediblər.

"Almaniya Futbol İttifaq, sözsüz ki, oyunçularımızın mənşəyinə aid xüsusi mövqelərinə hörmətlə yanaşır. Lakin cənab Ərdoğan birliyin və ümumilikdə futbolun dəyərlərinə sadiq deyil. Məhz buna görə milli komandanın futbolçuları onun seçkiqabağı kampaniyasında iştirak etməməli idilər", — deyə Qrindel öz "Twitter" səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi