Alleqri "Yuventus"la müqaviləni uzatmağa yaxındır

Alleqri "Yuventus"la müqaviləni uzatmağa yaxındır Yeni saziş 2019-cu ilə qədər nəzərdə tutula bilər
Futbol
6 İyun , 2017 07:14
Alleqri Yuventusla müqaviləni uzatmağa yaxındır

Bakı. 6 iyun. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri Fransa PSJ-si tərəfindən təklif gəlməsinə baxmayaraq Turin komandası ilə müqaviləni uzatmağa yaxındır.

"Report" xəbər verir ki, bu barədə jurnalist Canluki Di Martsionun saytı yazıb.

Yaxın günlərdə mütəxəssis komanda rəhbərliyi ilə görüş keçirəcək və hər iki tərəf nikbin əhval-ruhiyyədədir. Yeni saziş, ehtimal ki, 2019-ci ilə qədər nəzərdə tutulacaq. Hazırda müqavilənin müddəti 2017/18-ci illər mövsümünün sonunda başa çatır.

Alleqri Turin klubuna 2014-cü ildə gəlib və üç skudetto daxil olmaqla 7 titul qazanmağa müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi